Qadın futbolçulardan ibarət Almaniya milli komandasının sabiq üzvü Doris Fitşen dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, dördqat Avropa çempionu tituluna yiyələnmiş xanım idmançı uzun sürən xəstəlikdən sonra 57 yaşında vəfat edib.

"Xəstəliyə baxmayaraq, o, həyatda hər şeyə bədbin yox, nikbin notlarla yanaşırdı. Xanım Fitşen çoxları üçün meydançadan kənarda nümunə idi", - deyə Almaniya Futbol İttifaqının icraçı direktoru Xayke Ulrix bildirib.

Doris Fitşen Almaniya yığmasında 144 oyun keçirib. Keçmiş yarımmüdfiəçi 1989, 1991, 1997 və 2001-ci illərdə Avropa çempionu olub. "Ziqen" və "Frankfurt" klubları ilə 3 dəfə ölkə çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.

2009-2016-cı illərdə Almaniya milli komandasıı çalışdıran Fitşen məşqçi kimi də özünü sübuta yetirib. Onun rəhbərliyi altında yığma Avropa çempionatının və Rio-de-Janeyro Olimpiadasının qalibi olub.