İngiltərə Liqa Kubokunda final görüşü keçirilib.

Offsideplus.az xəbər verir ki, "Uembli"də baş tutan həlledici matçda "Nyukasl" və "Liverpul" qarşılaşıb. 

"Sağsağanlar" ilk hissənin sonunda hesabı açıb. Aleksandr İsak 52-ci dəqiqədə 2-ci qolu vurub.

Federiko Kyeza son dəqiqələrdə fərqlənsə də, bu qol məğlubiyyəti əngəlləməyib.

"Nyukasl" tarixində ilk dəfə Liqa Kubokunu qazanıb. "Liverpul" PSJ məğlubiyyətindən sonra daha bir kubokdan əliboş qayıtmalı olub.