Misli Premyer Liqasının XXVII turunda "Sumqayıt" səfərdə "Turan Tovuz"un qonağı olub və 2:1 hesablı qələbəyə sevinib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Vaqif Cavadov "Sumqayıt"ın qələbəsini bu cür şərh edib:
"Gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Şükürlər olsun ki 3 xalı qazanan tərəf biz olduq. Rəqib komandaya, onların azarkeşlərinə də uğurlar arzu edirəm. Yolumuza davam edirik. İnşallah ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, 27 oyundan sonra 8 qələbə, 4 heç-heçə və 15 məğlubiyyətlə "Sumqayıt" turnir cədvəlində 28 xalla 8-ci yerdə qərarlaşıb.