ABŞ-ın "İnter Mayami" klubunun kapitanı Lionel Messi dopinq istifadəsinə görə 18 ay futboldan uzaq qalan Pol Poqbanın transferini istəyir.
Offsideplusaz xəbər verir ki, argentinalı ulduz bu məqsədlə klubun sahibi Devid Bekhemə müraciət edib. O, fransız yarımmüdafiəçinin faydalı olacağını bildirərək, onun komandaya cəlb olunmasını birbaşa rəhbərlikdən xahiş edib.
Məlumatı El Nacional yayıb.
Bir müddət öncə Devid Bekhem və Pol Poqba arasında "Nyu-York Siti" ilə matçdan öncə görüş keçirildiyi bildirilirdi. Görüşün məqsədi açıqlanmayıb.
Qeyd edək ki, "Yuventus"un sabiq futbolçusu olan Poqba 2023-cü il oktyabrında istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etdiyinə görə 4 illik cəzalandırılıb. Daha sonra onun cəza müddəti 18 aya endirilib.
BU DA MARAQLIDIR: