"Qalatasaray" Yunus Akgünlə müqavilə uzatmaq üçün danışıqları davam etdirir.

Offsideplus.az xəbər verir ki, uzun müddətdir gedən müzakirələrdə tərəflər razılığa gəlməyə yaxındır. "Sarı-qırmızılar" onun hazırki məvacibini 4 dəfə artıracaq. Bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.

İstanbul klubu eyni zamanda digər oyunçu Barış Alper Yılmazla da sözləşməni artırmaq üçün müzakirələr aparır.

"Qalatasaray" hər iki oyunçuyla ən qısa müddətdə yeni kontraktı imzalamaq istəyir.