Türkiyə klubu "Beşiktaş" bəzi oyunçularını heyətdən kənar qoymağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, 9 nəfərlik "Konyaspor"a məğlub olan "qara qartal"da bəzi radikal qərarlar alınacaq. Bu barədə "Akşam" nəşri məlumat yayıb.

Çiro İmmobile, Aleks Oksleyd-Çemberleyn və Joao Mario əsas komandadan uzaqlaşdırılacaq. Onlar ayrı məşq etməli olacaqlar. Əsas komandadan uzaqlaşdırılan oyunçuların sayı arta bilər.

Əlavə edək ki, "Beşiktaş" Türkiyə Süper Liqasının növbəti turunda "Qalatasaray"la qarşılaşacaq.