Dünya çempionu Lionel Messi karyerasında daha bir möhtəşəm qol imza atıb.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı argentinalı futbolçu şərəfini qoruduğu ABŞ-ın "İnter Mayami" klubunun heyətində MLS-in IV turunda "Atlanta Yunayted"la görüşdə fərqlənib.

O, 20-ci dəqiqədə müdafiəçidən topu "oğurlayaraq", cərimə meydançasında bir rəqibini keçib və özünəxas üsulla hesabı bərabərləşdirib - 1:1.

Matçın əsas vaxtının bitməsinə 1 dəqiqə qalmış "İnter Mayami" növbəti dəfə "Atlanta Yunayted"i məyus edib. Səfərdən 2:1 hesablı qələbə ilə dönən Mayami təmsilçisi Şərq zonasında 10 xalla 1-ci pilləyə yüksəlib.