"Real Madrid" klubunun ulduz hücumçusu Vinisius Junior "Flamenqo" - "Fluminense" derbisini stadionda izləyənlər arasında olub.

Offsideplus.az xəbər verir ki, "Marakana" stadionunda keçirilən Rio-de-Janeyro Kuboku uğrunda cavab qarşılaşması qolsu bərabərliklə yekunlaşsa da, ilk oyunda 2:1 hesabı ilə qalib gələn meydan sahibləri çempion olublar.

Oyunda bu ilin yanvarında "Qarabağ"dan "Flamenqo"ya transfer olunmuş  Juninyo da iştirak edib. O, 2 assistə imza atsa da, qollar foul və ofsayd səbəbindən ləğv edilib. 

Qeyd edək ki, "Flamenqo" yetirməsi olan Vinisius Junior 2017-18-ci illərdə bu klubda forma geyinib, daha sonra "Real"a transfer edilib.