İspaniyanın "Real" klubu Luka Modriçi əvəzetmək üçün arayışlara başlayıb.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun hədəfində "Ştutqart"ın futbolçusu Anqelo Ştiller var. Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Ştiller 2023-cü ildən bəri "Ştutqart"da çıxış edir. O, cari mövsümdə 39 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Transfermarkt saytına görə 23 yaşlı futbolçunun transfer dəyəri 32 milyon avrodur.