“Sabah” klubu Azərbaycan çempionatlarında qeydə alınan rekordu təkrarlayıb.

Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "bayquşlar" bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıblar.

Vasili Berezutskinin yetirmələri Misli Premyer Liqasının 2024/25 mövsümündə 14 dəfə heç-heçə oynayıblar. Son "sülh" çempionatın XXVII turunda “Zirə” ilə görüşdə gerçəkləşib (1:1).

"Sabah"dan başqa indiyədək 3 klub bir mövsümdə 14 heç-heçə etmişdi. 

“Neftçi” 2009/10 mövsümündə, "Bakı" isə 2012/13 mövsümündə 32 turluq çempionatda 14 dəfə bərabərliklə razılaşıb. Həmçinin "Zirə"  2020/21 mövsümündə eyni sayda heç-heçəyə imza atıb. Özü də "qartallar" 28 oyunun yarısında "sülh bağlayıblar”.

Beləlikllə, "Sabah" mütləq rekordun bir addımlığındadır. Bundan ötrü qalan 9 turda 1 dəfə heç-heçə oynamaq kifayətdir.

BU DA MARAQLIDIR:

Özbək futbolçu "Sumqayıt"ın tarixinə düşdü