La Liqada 28-ci turun son qarşılaşması "Atletiko" ilə "Barselona" arasında baş tutub.
Offsideplus.az xəbər verir ki, Madrid klubu matçda 2:0 hesabıyla önə keçsə də, sonda məğlubiyyətə üzülməli olub - 2:4.
Bu görüş Antuan Qrizmanın La Liqada 520-ci oyunu olub. O, sabiq komanda yoldaşı Lionel Messiyə çatıb. Onlar 9-10-cu yeri bölüşürlər.
Qrizman bu oyunların 305-ni "Atletiko"da, 141-ni "Real Sosyedad"da, 74-nü isə "Barselona"da keçirib.
O, eyni zamanda Madrid təmsilçisinin tarixində ən qol vuran oyunçudur.