PSJ-nin futbolçusu Usman Dembele bu mövsüm ən formada olan oyunçulardan biridir.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı vinger ötən gün keçirilən "Marsel"lə matçda cari sezonda 30-cu qolunu vurub. Maraq üçün onu qeyd edək ki, o, 6 illik "Barselona" karyerasına cəmi 40 qol vura bilmişdi.

Dembele Fransa çempionatında 21, Çempionlar Liqasında isə 7 dəfə fərqlənməyi bacarıb.

PSJ "Marsel"lə görüşdə 3:1 hesablı qələbə qazanaraq liderliyini davam etdirib.