Rio De Janeyro Kubokunun həlledici matçında "Flamenqo" "Fluminense" ilə qolsuz heç-heçə edib və birinci oyunun nəticəsinə görə (2:1) çempion olub. 

Offsideplus.az xəbər verir ki, ilk oyunda qol müəllifi olan sabiq "Qarabağ"lı Juninyo bu derbidə də fərqlənməyə yaxın olub. O, meydana 85-ci dəqiqədə daxil olub. "Sambaçı" 87 və 90-cı dəqiqələrdə assistə imza atsa da, foul və oyundankənar vəziyyətə görə qollar ləğv olunub. 

Beləliklə, "qırmızı-qaralar" tarixlərində 39-cu dəfə bu titula yiyələnib. Bu, Juninyonun Braziliyada qazandığı ikinci kubok olub (Braziliya Super Kuboku). 

Oyunda qeydə alınmayan qolları təqdim edirik: