İngiltərə Premyer Liqasında 29-cu turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, bu turda iki London derbisi baş tutub. "Arsenal" "Çelsi"ni qəbul edib.
Matçda yeganə qolu "topçular"ın futbolçusu Mikel Merino vurub.
"Arsenal" bu qələbədən sonra "Liverpul"u təqibini davam etdirib. "Çelsi" 49 xalla 4-cü yerdə qalıb.
Digər görüşdə isə "Fulhem" "Tottenhem"lə qarşılaşıb. Marko Silvanın çalışdırdığı ev sahibləri görüşün son 15 dəqiqəsində vurduğu 2 cavabsız qolla rəqibini məğlub edib.
"Fulhem" 45 xalla 8-ci, "Tottenhem" isə 34 xalla 13-cü yeri tutur.