Misli Premyer Liqasının XXVIII turunda "Turan Tovuz" "Sumqayıt"a 1:2 hesabla məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini bölüşüb:
“Əfsuslar olsun ki, hər oyunda bizə baha başa gələn səhvlər buraxırıq. Təəssüf ki, son oyunlarda buraxdığımız səhvlər nəticəyə təsir edən səhvlərdir. İzah etmək çətindir. Oyundan öncə hər şeyi izah edirik, göstəririk. Evdə məğlub olmaq xüsusi üzücüdür. Qarşısına avrokubok hədəfi qoyan komanda belə oynamamalıdır".
Qeyd edək ki, "tovuzlular" hazırda turnir cədvəlində 43 xalla 4-cü yerdə qərarlaşıb.