Misli Premyer Liqasının XXVII turunda "Neftçi" səfərdə "Səbail" üzərində 2:1 hesablı qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov qələbəni şərh edib:

"Birinci hissədə yaxşı oynayıb, hücumlar edib iki qol vurduq. Fasilədən sonra da döyüşməli olduq. Niyə müdafiədə olmağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdılar. Rəqibə çox epizod vermədik. Futbolçularımız sona qədər mübarizə apardılar. Bu qələbə bizim üçün çox önəmli idi, mübarizəmiz davam edir. Milli fasilə zədəli oyunçularımızın sağalması baxımından kömək olacaq, lakin heç bir komanda belə fasilələrlə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilərsən. Fasilənin mənfi tərəfləri var".

Qeyd edək ki, "Neftçi" hazırda turnir cədvəlində 31 xalla 6-cı yerdə qərarlaşıb.