"Qalatasaray"ın sabiq oyunçusu Jean Michael Seri "Afrik-Foot"a müsahibəsində "Cim-Bom"dan danışıb.

Offsideplus.az xəbər verir ki, futbolçu azarkeşlərə və İstanbulun gözəlliyinə xüsusi diqqət çəkib:

"Mənim üçün Türkiyə zəlzələ xaricində möhtəşəm təcrübə idi. Hər şeyinizi verməyiniz gərəkən bir klubdur. Azarkeşlər sizi özlərindən biri kimi qarşılayır. Çox yaxşı liqadır. İstanbul gözəl şəhərdir. Çox yaxşı təcrübə oldu".

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirib.