İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot təcrübəli müdafiəçisi Vircil Van Deykin gələcəyi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis 33 yaşlı futbolçunun komandada qalmağını istəyir:
"Mən nə baş verdiyini bilmirəm, amma bildiyim şey, mən Van Deykin gələn il burada olmasını istəyirəm".
Xatırladaq ki, Van Deykin "Liverpul"la müqaviləsi bu yay başa çatır. Onun sözləşməsi uzadılmasa, klubu azad agent kimi tərk edə bilər.