İngiltərə Premyer Liqasının 18-ci turunda "Liverpul" "Lester"i 3:1 hesabı ilə məğlub etdi.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada mersisaydlıların 3-cü qolunu Mohamed Salah vurdu.

Misirli oyunçu bununla da mövsümdə 19-cu dəfə fərqlənmiş oldu. Salah cari "futbol ili"ndə 15 məhsuldar ötürmə də edib.

Bu nəticə ilə vinger Premyer Liqada tarix yazıb. "Liverpul"un üzvü öz meydanında 100 qol vuran 8-ci futbolçu olub.