Mohamed Salah yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, misirli futbolçu Premyer Liqada 37 dəfə 1 qarşılaşmada həm qol vurub, həm də məhsuldar ötürmə edib. Vinger bu göstəricidə Ueyn Runini geridə qoyub. Maraq üçün bildirək ki, Salah ingiltərəlidən 214 oyun az keçirib.

Qeyd edək ki, "Liverpul"un üzvü bu mövsüm 15 qol vurub, 12 məhsuldar ötürmə edib. Salahın müqaviləsi 2015-ci ilin yayında başa çatır.