"Liverpul"un baş məşqçisi Arne Slot Məhəmməd Salahın "Mançester Siti" ilə bağlı fikirlərinə zarafatla cavab verib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Almaniyalı çalışdırıcı bunları söyləyib:

"Ola bilsin ki, Məhəmməd 115 ittiham haqqında daha çox bilir. Ona görə də o, növbəti mövsümdə onların olmayacağını gözləyir... zarafat idi! Yenə deyirəm, bu, zarafatdır”. 

Xatırladaq ki, “vətəndaşlar” 2009-2018-ci illər ərzində maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunurlar. "Mançester Siti"nin etdiyi maliyyə ödənişlərini tam açıqlamadığı güman edilir. Hazırda klubla bağlı iddia edilən 115 maliyyə pozuntusu ilə bağlı dindirmələr davam edir.