Keylor Navasın performansından razı qalmayan və heyətinə yeni bir qapıçı qatmaq istəyən "Real" "Mançester Yunayted"in formasını geyinən David De Gea üçün təklif göndərməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Atletik"dən Kepa Arrizabalaqanın transferini reallaşdıra bilməyən "Kral Klubu" ispan qapıçı üçün 100 milyon avro (hazırkı məzənnə ilə 211 milyon 430 min manat) təklif edəcək.
Bu barədə "Real"a yaxınlığı ilə tanınan İspaniyanın AS qəzeti məlumat yayıb. Transfer baş tutsa, David De Gea dünyanın ən bahalı qapıçısı olacaq.
Qeyd edək ki, "Mançester Yunayted"in ispan qapıçını 2011-ci ildə "Atletiko"dan 25 milyon aroya alıb. Hazırda "Transfermarkt" 27 yaşlı qolkiperə 50 milyon avro qiymət qoyub.