Mourinyonun Manchester United-dən qovulmaq təhlükəsi sovuşub.
Offsideplus.az xəbər verir ki, MU-nun sahibi olan Qleyzerlər ailəsi portuqal mütəxəssisin tərəfini saxlayıb. Klubun vitse-prezidenti Ed Vudvordun Mourinyo ilə münasibətlərinin gərgin olduğu da bildirilir. Ancaq Qleyzerlər ailəsi portuqal mütəxəssislə yola davam etməyə üstünlük verib.
İngiltərə mətbuatı portuqal mütəxəssisin rəhbərlikdən açıq dəstək tələb etdiyini yazıb. Ancaq Qleyzerlərin də ona açıq dəstək vermək niyyətində olmadığı vurğulanır.
Mourinyonu Zidanın əvəz edəcəyi ehtimal olunurdu. Amma fransız mütəxəssis açıqlama verərək, İngiltərədə işləmək niyyətində olmadığını bildirib.