"Liverpul"un sabiq hücumçusu Con Oldric ulduz futbolçu Məhəmməd Salah haqda maraqlı fikirlər səsləndirib.
Offsideplus.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, Con bunları söyləyib:
"Vircil van Deyk növbəti mövsümü "Liverpul"da keçirmək istəsə, onu anlayaram. O, formada olanda komandanın ən yaxşısıdır. Amma Salahın yeni müqavilə imzalayacağını heç cür təsəvvür etmirəm. Salah azad agent statusu ilə çox yaxşı qazanc əldə edə bilər".
Qeyd edək ki, Salahın klubla müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcək.