Daha bir məşhur oyunçu futboldan ömürlük uzaqlaşdırıla bilər.

Offsideplus.az xəbər verir ki, söhbət "Vest Hem"in üzvü Lukas Paketadan gedir. Braziliyalının mərc bazarına təsir göstərmək üçün qəsdən 4 sarı vərəqə aldığı bildirilir.

Məlumatı "Daily Mail" yayıb. İddiaya görə, Braziliyada təxminən 60 nəfər oyunçunun müvafiq oyunlarda sarı vərəqə alacağına 7-400 arası funt-sterlinq mərc ediblər. Bu gedişdən ümumilikdən 100 min funt-sterlinq qazanılıb.

Paketa irəli sürülən bütün iddiaları rədd edir. Braziliyalı adının təmizə çıxarılması üçün mübarizə aparacağını bildirir.