"Liverpul" gürcü qapıçı Giorgi Mamardaşvilini heyətinə qatmağa yaxındır. 

Offsideplus.az xəbər verir ki, "Valensiya" rəhbərliyi ilə razılıq əldə olunub. "Liverpul" Mamardaşvili üçün "yarasalar"a 30 milyon avro ödəyəcək. 

Qolkiper "Liverpul"a transferindən sonra 2024-25 mövsümünü "Valensiya"da icarədə keçirəcək və 2025-ci ilin iyun ayında Mersisayd təmsilçisinin sıralarına qoşulacaq.