"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, o, "Mançester Siti" ilə razılıq əldə edib.
Onun "şəhərlilər"lə 4 illik müqavilə imzalayacağı gözlənilir. Bu transfer Premyer Liqa klubuna 50 milyon avroya başa gələcək.
29 yaşlı futbolçu geridə qalan mövsümdə 28 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.