"Liverpul" yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar "Lill"in müdafiəçisi Leni Yoro ilə yaxından maraqlanır.

"Real Madrid" də futbolçunu transfer etməyə çalışsa da, danimarkalılar 18 yaşlı futbolçusu üçün 50 milyon avro tələb ediblər, bu da "Los Blankos"a sərf etməyib.

Cari mövsüm gənc oyunçu Fransa Liqa 1-də 32 oyun keçirib və 2 qolla yadda qalıb.