"Çelsi"nin fransalı yarımmüdafiəçisi N'Qolo Kante yenidən "Barselona" və PSJ-nin maraq dairəsinə düşüb.
Offsideplus.az İtaliyanın "Sportmediaset" nəşrinə istinadən xəbər verir ki, Yanvarda baş tutacaq transfer pəncərəsi dövründə Avropa nəhəngləri 27 yaşlı futbolçu üçün növbəti dəfə "Çelsi"nin qapısını döyəcək. Bu yay hər iki klubun cəhdlərinə baxmayaraq London təmsilçisi əsas futbolçularından biri olan Kanteni satmağa razılıq verməmişdi.
Qeyd edək ki, sözügedən futbolçu 2016-cı ildən "Çelsi"nin şərəfini qoruyur.