Madrid "Atletiko"sunun ulduz futbolçusu Antuan Qrizmann karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, 32 yaşlı mərkəz hücumçusu "Mançester Yunayted"ə keçə bilər.
MY təcrübəli forvard üçün qarşı tərəfə 22 milyon funt sterlinq təklif edib.
Qeyd edək ki, onun "Atletiko" ilə 20-26-cı ilədək müqaviləsi var.