“Liverpul”un futbolçusu Məhəmməd Salah daha bir rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, misirli hücumçunun rekordu Avropa Liqasının qrup mərhələsində Tuluza”sı ilə matçda qeydə alınıb.
5:1 hesabı ilə qalib gəldikləri oyunda son nöqtəni qoyan futbolçu Avropa klub yarışlarında ingilis komandaları üçün ən çox qol vuran oyunçu olub. Buna qədər isə rekord "Arsenal”ın fransalı hücumçusu Tyerri Anriyə məxsus idi. Onun aktivində 42 qol var.
Qeyd edək ki, Slaah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 12 oyuna 9 qol vurub, 4 qol ötürməsi edib.