"Mançester Siti" klubunun yarımmüdafiəçisi Kalvin Filips karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu "Bavariya"ya keçmək arzusundadır.
"Şəhərlilər"lə 2028-ci ilədək müqaviləsi olan ingilis oyunçu Bundesliqa nəhəngində top qovmaq niyyətindədir.
Münhen təmsilçisi də onu heyətində görmək istəyir.