"Mançester Yunayted" klubunun müdafiəçisi Harri Maquayr digər Premyer Liqa təmsilçisindən gələn təklifi geri çevirib.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 30 yaşlı futbolçu "Vest Hem"ə "yox" deyib.

Belə ki, Maquayr Erik ten Haqın etimadını doğrultduğu və əsas heyətdə mübarizə apardığı üçün "çəkicdöyənlər"in təklifi rədd edib.

Qeyd edək ki, onunla "Çelsi" klubu da yaxından maraqlanır.