Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Pro Liqa təmsilçisi, "Liverpul"un sağ cinah vingeri Məhəmməd Salah üçün hərəkətə keçib.

Məlumata görə, SƏ klubu 31 yaşlı misirli üçün 215 milyon funt sterlinq təklif edib.

Qeyd edək ki, Salahın "Liverpul"la 2025-ci ilədək müqaviləsi var.