İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Brayton"un mərkəz hücumçusu Evan Ferqyusonu sıralarına qatmaq niyyətindədir.

MY 18 yaşlı forvard üçün qarşı tərəfə 50 milyon funt sterlinq təklif edib. Transferin qışda həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Ferqyusonun "Brayton"la 2028-ci ilədək müqaviləsi var.