İngiltərənin "Brayton" klubu "Barselona"nın futbolçusu Ansu Fatiyə "elçi düşüb".

 Offsideplus.az xəbər verir ki, "qağayılar" "Barselona"nın sol cinah vingeri Ansu Fati üçün hərəkətə keçib.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

Xəbərə görə, "Brayton" 20 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Qeyd edək ki, Ansu Fati ilə "Tottenhem" də yaxından maraqlanır.