"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Fransa "Nitsa"sının mərkəz müdafiəçisi Yan-Kleyr Todibo üçün hərəkətə keçib. 

Məlumata görə, MY 23 yaşlı futbolçu üçün 40 milyon avrosundan keçməyə hazırdır.