"Ayaks"ın hücumemeyilli yarımmüdafiəçisi Məhəmməd Kudus karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu "Vest Hem"lə danışıqlar aparır.

O, "Çelsi"dən də təklif gəlməsinə baxmayaraq, "çəkicdöyənlər"ə keçmək istəyir.

Keçidin isə 35 milyon avroya başa gələcəyi bildirilir.