"Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, "şəhərlilər" "Vest Hem"in hücumameyilli yarımmüdafiəçisi Lukas Paketanı sıralarına qatmağa yaxındır.

MS 25 yaşlı braziliyalı futbolçunun keçidi üçün "Vest Hem"lə 85 milyon funt sterlinq məbləğində razılıq əldə edib.

Futbolçunun keçidinin yaxın günlərdə açıqlanacağı bildirilir.