İngiltərə "Arsenal"ının futbolçusu Yurien Timber zədələnib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı sağ cinah müdafiəçisi artıq tibbi müayinədən keçib. Ona sağ dizin ön çarpaz bağının qopması diaqnozu qoyulub.

Yurrien yaxın günlərdə əməliyyat olunacaq və bir müddət hərəkətsiz qalacaq.

Qeyd edək ki, Timber bu yay "Ayaks"dan "Arsenal"a keçib. İngiltərə klubu onun üçün 40 milyon avro ödəyib.