"Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker komandasında qalmağa qərar verib.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "şəhərlilər"lə yeni müqavilə bağlamağa hazırlaşır.
Onun Münhen "Bavariya"sına keçmək niyyətində olmadğı bildirilir.
Bildirək ki, Uolkerin MS ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədərdir.