“Tottenhem" klubunun müdafiəçisi Co Rodon icarə əsasında “Lids Yunayted”ə keçib.

Offsideplus.az xəbər verir ki, Rodon 2023/24 mövsümünün sonuna qədər bu klubun formasını geyinəcək.

Rodon 2022/23 mövsümündə icarə əsasında “Renn”də oynayıb. Uelsli futbolçu Fransa klubunun heyətində 22 oyuna çıxıb və bir qola imza atıb.