İngiltərənin "Arsenal" klubu "Barselona"nın futbolçusunu sıralarına qatmaqdan imtina edib.
Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin 20 yaşlı sol cinah vingeri Ansu Fatidən gedir.
"Topçular" onu transfer etmək istəsə də, sonda bu istəyindən əl çəkib.
Qeyd edək ki, Fatinin "Barselona" ilə 2027-ci ilədək müqaviləsi var.