"Çelsi" klubunun qapıçısı Kepa Arrisabalaqa Almaniya klubunun hədəfindədir.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, söhbət Münhen "Bavariya"sından gedir.
Bundesliqa klubu 28 yaşlı ispaniyalı qolkiper üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.
Məlumata görə, "zadəganlar"ın sabiq baş məşqçisi Tomas Tuxel Kepanı hazırkı komandasında sərəncamında görmək istəyir.