"Vest Hem" klubu Harri Maquayrın transferi ilə bağlı "Mançester Yunayted"lə anlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "SkySports" məlumat yayıb.

"Vest Hem" ingiltərəli müdafiəçi üçün 30 milyon funt-sterlinq ödəyəcək.

Maquayr böyük məbləğdə məvacib aldığı üçün futbolçu ilə şəxsi razılığın əldə olunması problem olmayacaq.