İngiltərənin "Liverpul" klubunun sağ cinah vingeri Məhəmməd Salah komandasına sadiqlik nümayiş etdirib.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 31 yaşlı misirli futbolçu Səudiyyə Ərəbistanının "Əl-ittihad" klubundan gələn təklifi geri çevirib.
Belə ki, ulduz oyunçu iki il üçün 180 milyon avroluq maaşı rədd edib.
O, "Liverpul"da qalmaq istəyir.