İngiltərənin "Mançester Siti" klubu müdafiəçisi Kayl Uolkeri əldən buraxmaq istəmir.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, "şəhərlilər" 33 yaşlı futbolçuya yeni müqavilə təklif edirlər.
Premyer Liqa təmsilçisi, Münhen "Bavariya"sının "radar"ında olan Uolkeri komandada saxlamaq istəyir.
Qeyd edək ki, təcrübəli futbolçunun MS ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununda başa çatır.