İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola komandanın iki aparıcı futbolçusu - Bernardo Silvə və Kayl Uolker haqda danışıb.

 Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "şəhərlilər"dən ayrılacaqları gözlənilən futbolçuların yerinə əvəzləyici tapmağın çox çətin olacağını deyib:

“Onlar bizim üçün çox önəmlidir. Biz onların burada qalmalarını istəyirik və hər şeyi edəcəyik. Biz əlimizdən gələn hər şeyi edəcəyik. Onları əvəz etmək çox çətin olacaq".