"Çelsi" klubu "Brayton"un yarımmüdafiəçisi Moizes Kaysedo üçün növbəti dəfə təklif göndərib.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, "zadəganlar" növbəti dəfə qarşı tərəfdən rədd cavabı alıb.

Məlumata görə, "Çelsi" 21 yaşlı futbolçu üçün 80 milyon funt sterlinq təklif etsə də, yenə "yox" cavabı alıb.

Bildirək ki, Kaysedonun "Brayton"la 2027-ci ilədək müqaviləsi var.