İngiltərənin "Mançester Siti" klubu komandanı tərk edərək, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçən Riyad Mahrezə əvəzləyici tapıb.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi onun yerini "Renn"in sağ cinah müdafiəçisi Ceremi Doku ilə doldurmağa hazırlaşır.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

Xəbərə görə, "şəhərlilər" 21 yaşlı belçikalı futbolçu üçün qarşı tərəfə təklif göndərəcək.